
EKVITA-nın icraçısı olduğu Sahibkarlığın İnkişafı Proqramı layihəsinin hesabat təqdimatı keçirilib (FOTO)
Bakı. Trend:
Bakı KOB Evində 13 Mart 2023-cü ildə BP şirkəti və
tərəfdaşlarının maliyyələşdirdiyi Sahibkarlığın İnkişafı Proqramı
layihəsinin yekun hesabatının təqdimatı keçirilmişdir.
Tədbirdə açılış sözü ilə KOBİA-nın İdarə Heyətinin sədri Orxan
Məmmədov çıxış edərək BP ilə əməkdaşlıq çərçivəsində reallaşacaq
layihələrin regionlarda yerli icmaların gəlirlilik səviyyəsinin
artmasına müsbət təsir göstərəcəyini, yeni bizneslərin yaranmasını
və özünüməşğulluğa töhfə verəcəyini vurğulamışdır.
Tədbirdə çıxış edən BP-nin Xəzər regionunda kommunikasiya və
xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli
Sahibkarlığın İnkişafı Proqramı layihəsinin yerli müəssisələrin
potensialının artırılması üçün çalışan bütün maraqlı tərəfləri bir
araya toplamaqda uğurlu olmağını vurğulamışdır. Eyni zamanda bu
layihəni 2016-ci ildən icra edən “Ekvita” şirkətinin layihənin
uğurlu olmasında xüsusi rolu qeyd olunmuşdur.
Tədbirdə “Ekvita” şirkətinin partnyoru Fərid Baxşıyev çıxışında
“Sahibkarlığın İnkişafına Proqramı” layihəsi çərçivəsində “Ekvita”
şirkəti tərəfindən 2016-2022-ci illərdə görülmüş işlər barədə
ətraflı hesabat vermişdir və layihənin icrasına dəstəyin
göstərilməsində BP şirkəti və onun tərəfdaşlarına “Ekvita” şirkəti
adından minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda Azərbaycandakı tərəfdaşları adından yerli
biznesin inkişafını dəstəkləmək yönündə əməkdaşlığı davam etdirmək
üçün BP şirkəti ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
(KOBİA) arasında yeni anlaşma memorandumu imzalanmışdır.