Elmi işi plagiat olan şəxslərin adları rəsmi açıqlana bilər – Komissiya sədrindən xəbərdarlıq

Bakı. Trend

Elmi işi plagiat olan şəxslərin adları rəsmi saytda açıqlana
bilər.

Trend xəbər verir ki, bunu bu gün Ali Attestasiya Komissiyasının
sədri Famil Mustafayev AMEA-nın Ümumi yığıncağında deyib.

F.Mustafayev bildirib ki, elmi işlərin müdafiəsi zamanı 80-ə
yaxını plagiat halı aşkarlanıb.

Onun sözlərinə görə, bəzən müdafiə edən şəxsin müdafiə etdiyi
elm sahəsi haqqında elementar biliklərə sahib olmadığının şahidi
oluruq.

“Bu, həmin müəssislərdə bu işin hansı səviyyədə təşkil
olunduğunu göstərir. Bu vaxta qədər həmin müəssisələr və şəxslərin
adı etik qaydalar çərçivəsində açıqlanmayıb. Amma gələcəkdə
komissiyanın adına xələl gətirən belə müəssisə və şəxslərin adları
rəsmi saytda açıqlana bilər”,- deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir