
FHN Bakıda yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb (FOTO)
Bakı. Trend:
Məlumat verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev
küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti
tərəfindən söndürülüb.
FHN-dən Trend-ə
verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi, o
cümlədən xüsusi təyinatlı avtonərdivanın operativ tətbiqi sayəsində
yanğın genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan
verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının 6-cı
mərtəbəsində yerləşən ümumi sahəsi 40kv.m olan ikiotaqlı mənzilin
bir otağının yanar konstruksiyaları 7kv.m sahədə, mətbəx mebeli
3p.m, 1 ədəd paltaryuyan və 1 ədəd kondisioner qismən yanıb.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə
olunub.