FHN-in Türkiyədə olan ikinci mobil səhra hospitalı ölkəmizə gətirilib
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına
əsasən, Türkiyədə güclü zəlzələnin fəsadlarının aradan
qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN)
qardaş ölkəyə göndərilmiş ikinci mobil səhra hospitalı zəlzələ
bölgəsində yerli tibbi infrastrukturunun bərpası nəzərə alınaraq,
bu gün Bakıya gətirilib.
Bu barədə Trend-ə
FHN-dən məlumat verilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən
Kahramanmaraş rayonunda qurulmuş, zəruri tibbi ləvazimatlar, dərman
və preparatlarla təchiz olunmuş 2 ədəd mobil səhra hospitalında
ümumilikdə 684-ü uşaq olmaqla, 3123 nəfər zərərçəkmişə yüksək
səviyyəli tibbi xidmət göstərilib.