Gələn il Hadrut və Tuğa da köç baş tutacaq – Emin Hüseynov

Bakı. Trend:

Talış kəndindən sonra bu il Ağdam rayonundakı üç kənddə, eyni
zamanda, Hadrut qəsəbəsi və Tuğ kəndində də işlərə başlanılacaq və
hesab edirəm ki, gələn il o ərazilərə də köç baş tutacaq.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin
Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad
edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi
nümayəndəsi Emin Hüseynov deyib.

“Bu ilin sonuna Füzuli şəhərinin ilk yaşayış məhəlləsi
yekunlaşmalıdır. Orada işlər sürətlə davam edir. Paralel olaraq,
Füzuli rayonunun Pirəhmədli, Dədəli və Dövlətyarlı kəndlərinin
bərpa prosesinə bu il start veriləcək. Eyni zamanda, bu il ərzində
Ağdam rayonunda birinci və ikinci yaşayış məhəllələri, o cümlədən,
Xıdırlı, Sarcalı və Kəngərli kəndlərində bərpa və quruculuq
işlərinə başlanılacaq. Bu layihələr qrafikə uyğun olaraq
vaxtı-vaxtında təhvil veriləcək”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir