
İran-İraq sərhədində güclü zəlzələ olub
Bakı. Trend:
İran-İraq sərhədində 5,1 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji
Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri İranın Sənəndəc
şəhərindən 76 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr
dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat
verilməyib.