
Kişi idman və akrobatika gi̇mnasti̇kası üzrə Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatının son gününə start verilib
Bakı. Trend:
Martın 16-da Milli Gimnastika Arenasında ki̇şi̇ i̇dman
gi̇mnasti̇kası və akrobati̇ka gi̇mnasti̇kası üzrə 28-ci̇ Azərbaycan
bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatının son gününə start
verilib.
Trend-in məlumatına görə, bu
gün kişi idman gimnastikasının təmsilçiləri sərbəst hərəkətlər üzrə
dayaqla tullanış, paralel tir üzərində, halqalarla, gimnastika
atında və köndələn tir üzərində hərəkətlər nümayiş
etdirəcəklər.
Akrobatik gimnastika üzrə yarışlarda isə qarışıq hərəkətlər
nümayiş olunur.
Qeyd edək ki, yarışlarda “Ocaq Sport” Klubu, “Neftçi” İdman
klubu, Bakı Gimnastika Məktəbi, “Qarabağ” İdman Klubu (Bərdə), 13
nörməli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman
Məktəbinin yetirmələri iştirak edirlər.
Kişi idman gimnastikasının nümayəndələri yarışlarda kiçiklər
(2016-cı il təvəllüdlü), balacalar (2014-2015-ci il təvəllüdlü),
uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2010-2011-ci il
təvəllüdlü), gənclər (2008-2009-ci il təvəllüdlü və 2006-2007-ci il
təvəllüdlü) və böyüklər (2005-ci il təvəllüdlü və daha böyük) yaş
kateqoriyasında yarışlarda çıxış edəcəklər.
Yarışlarda akrobatika gimnastikası üzrə idmançılar balacalar
(2008-2017-ci il təvəllüdlü), uşaqlar (2007-2012-c il təvəllüdlü),
yeniyetmələr (2005-2012-ci il təvəllüdlü), gənclər (2004-2010-cu il
təvəllüdlü) və böyüklər (2008-ci il təvəllüdlü və daha böyük) yaş
kateqoriyasında qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın
və kişi qrupları proqramında çıxış edəcəklər.
Yarışlar Milli Gimnastika Arenasında 14-16 mart tarixləri
arasında keçirilir.
Dünən Milli Gimnastika Arenasında qadın i̇dman gi̇mnasti̇kası
üzrə 7-ci Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatının
yarışları yekunlaşıb.