Monteneqro prezidenti parlamenti buraxıb

Bakı. Trend:

Monteneqro prezidenti Milo Cukanoviç cümə axşamı ölkə
parlamentinin buraxılması haqqında sərəncam imzalayıb.

Trend xəbər verir ki, bu barədə “РRTCG” teleradioşirkəti məlumat
yayıb.

Məlumata əsasən, milli qanunvericiliyə uyğun olaraq, parlament
buraxıldıqdan sonra ən tez 60 gündən sonra və ən geci 100 gündən
sonra seçkilər keçirilməlidir. Beləliklə, seçkilər mayın sonu –
iyunun əvvəlində keçirilə bilər.

Qeyd edilir ki, cümə axşamı Demokratik Birlik Partiyasının
lideri Miodraq Lekiçin yeni hökuməti qurması və onun tərkibini
açıqlaması üçün verilən müddət başa çatıb, lakin o, deputatlardan
lazımi dəstəyi ala bilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir