Neft qiymətləri artım nümayiş olunur

Bakı. Trend:

Dünyada neftin qiyməti öncəki gün güclü ucuzlaşmadan sonra bu
gün səhər təqribən 1% düzəliş çərçivəsində qalxmaqdadır.

Trend-in məlumatına görə, sövdələşmə məlumatları bundan xəbər
verir.

Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,98% artaraq 1
bareli 74,41 dollara, WTI markalı neftin aprel fyuçerslərinin
qiyməti isə 0,95% artaraq 1 bareli 68,25 dollara çatıb.

Öncəki gün Brent markalı neftin qiyməti 4,9% düşərək 1 bareli 72
dollardan ucuz olmuş, WTI markalı neftin qiyməti isə 5,2% düşərək
2021-ci ildən sonra ilk dəfə 1 bareli 70 dollardan ucuz olmuşdu.
Kotirovkaların azalması həm də fon bazarlarının ucuzlaşması fonunda
baş verib.

Bazarlardakı, hər şeydən öncə fond bazarlarındakı pessimizm bank
sektorundakı problemlərlə əlaqəli idi. ABŞ-da bundan əvvəl bir neçə
bank, o cümlədən Silicon Valley Bank (SVB) bağlanıb. Çərşənbə günü
isə İsveçrəninən iri banklarından olan Credit Suisse ilə bağlı
narahatlıqlar yaranmağa başladı. Credit Suisse-in əsas səhmdarı
olan Saudi National Bank-ın tənzimləmə ilə bağlı problemlərə
əsaslanaraq Credit Suisse-ə əlavə maliyyə yardımı vermə imkanını
istisna etdiyinə dair məlumatdan sonra bankın səhmləri 24%
ucuzlaşdı.

“Bu həftə neft qrafikləri üçün texniki itkilər mənfi tendensiya
ilə birlikdə görünür, “ayı”lara cəsarət verib. Neftin qiyməti böyük
ehtimalla dəyişkən qalacaq”, – Bloomberg agentliyi Marex-in böyük
xammal treyderi Rayan Fitsmorisdən sitat gətirir.

İnvestorlar həmçinin neft bazarına da diqqət yetirirlər. Belə
ki, ABŞ-da neftin kommersiya ehtiyatları (strateji rezerv istisna
olmaqla) ötən həftə 1,6 milyon barel artıb, halbuki 1,2 milyon
artım gözlənilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir