Paytaxtın əsas küçə və prospektlərində sürət həddi azaldılacaq – Vüsal Kərimli

Bakı. Trend:

Bakı Nəqliyyat Agentliyi paytaxtın 14 prospekt və küçəsində
sürət həddinin azaldılması ilə bağlı təkliflər hazırlayıb.

Trend-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin
İdarə Heyətinin sədri Vüsal Kərimli paylaşım edib. Sədr bildirib
ki, statistikalar paytaxt ərazisində baş verən yol- nəqliyyat
hadisələrinin əsas səbəblərindən birinin də yüksək sürət həddi
olduğunu göstərir: “Avtomobil yollarında icazə verilən sürət
hədlərinin optimallaşdırılması Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan
Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü
illər üçün Dövlət Proqramı”nda da öz əksini tapmışdır.

Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi
səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv
idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin
endirilməsi ilə bağlı təkliflər hazırlanmış və Baş Dövlət Yol
Polisi İdarəsi ilə razılaşdırılmışdır. Sözügedən yol sahələrində
mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir