Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə
səfəri martın 16-da başa çatıb.
Trend xəbər verir ki, Ankaranın Esenboğa hava limanında
dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Prezident İlham Əliyevi rəsmi şəxslər yola saldılar.