Qanunsuz balıq ovlayan şəxslər saxlanıldı

Bakı. Trend:

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə ETSN-in
Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik
xidmətlərinin əməkdaşları tərəfindən Varvara Ovçuluq Təsərrüfatının
ərazisində nəzarət tədbirləri keçirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev
Trend-ə bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı ərazidə
qanunsuz balıq ovlayan şəxs saxlanılıb və ondan istifadəsi qadağan
olunmuş ov alətləri götürülüb.

“Araşdırma zamanı brakonyerin Mingəçevir şəhər sakini Ceyhun
Mirabov olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir
görülüb”, – o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir