
“Qarabağ” – “Qalatasaray” oyununa ilk gündə 40 mindən artıq bilet satılıb
Bakı. Trend:
“Qarabağ” – “Qalatasaray” oyununa bilet satışı davam edir.
Trend Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki,
“Qarabağ” FK və Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə
məqsədi ilə keçiriləcək qardaşlıq görüşünün biletləri bu gün satışa
çıxarılıb. İlk gündə 42 500 bilet satılıb.
Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat
arasında dəyişir.
Qeyd edək ki, qardaşlıq oyunundan əldə olunacaq bütün gəlirlər
Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün
göndəriləcək.