Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təşəkkür edib

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə
görüşünün keçirilməsi üçün çağırış edən Prezident İlham Əliyevə
təşəkkür edirəm.

Trend xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə
Zirvə görüşündə çıxışı zamanı deyib.

Xatırladaq ki, martın 16-da Ankarada Türk Dövlətləri
Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü
keçirilir. Bu tədbirin Ankarada keçirilməsi Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşıb.
Belə ki, daha əvvəl Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə
tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə
əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə
Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər
iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla
bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə
qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin
bariz nümunəsidir.

Xəbər yenilənəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir