Rasmussenin “Laçın yolu” açıqlamasından erməni konyakının “qoxusu” gəlir

Bakı. Trend:

Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşmaq üçün hər gün yeni
addımlar atır. Baş nazir Nikol Paşinyan bir müddət əvvəl KTMT
sammitində yekun bəyanata imza atmaqdan imtina etmişdi. Həmçinin
Paşinyan Rusiyanın etirazlarına rəğmən Avropa İttifaqı (Aİ) mülki
missiyasının Ermənistanda yerləşdirilməsinə nail oldu. Daha sonra
Paşinyan, mətbuat konfranslarının birində Ermənistanın KTMT
təlimlərində iştirak etməyəcəyini açıqlamışdı. Rəsmi İrəvan
Təşkilatda baş katibin müavini vəzifəsindən də imtina edib. Ötən
gün isə Paşinyan KTMT-nın Ermənistandan çıxmaq üzrə olduğunu elan
etdi.

Rasmussen Paşinyanın xəyanət planının baş
rolunda

Göründüyü kimi, Nikol Paşinyan Ermənistanın KTMT-dan çıxma
prosesini xüsusi ssenari üzrə həyata keçirir.

Bəs ona bu ideyaları kim verir?

Məlumdur ki, Paşinyanın KTMT-dan çıxdıqdan sonra üz tutacağı
hərbi blok NATO-dur. Bu səbəbdən Ermənistan rəhbərliyinə Rusiyanın
nəzarət etdiyi təşkilatla əlaqələri kəsməklə bağlı “dərsləri”
NATO-nun mütəxəssisləri keçir. Əsas “müəllim” isə NATO-nun keçmiş
baş katibi Anders Foq Rasmussendir. Anders Foq Rasmussenin qısa
tərcümeyi-halına nəzər salaq: Danimarka siyasətçisi, 2009-2014-cü
illərdə NATO-nun baş katibi vəzifəsində çalışıb. 27 noyabr 2001-ci
ildən 5 aprel 2009-cu ilədək isə Danimarkanın baş naziri olub. O,
“Rasmussen Qlobal” siyasi konsaltinq təşkilatının təsisçisidir.
Rasmussenin təkilatının Avropanın bir neçə ölkəsində ofisi var.
Anders Foq Rasmussen təhlükəsizlik məsələləri üzrə konsaltinq
xidməti həyata keçirir. “Rasmussen Qlobal” 2016-cı ildə Ukraynanın
keçmiş prezidenti Petro Poroşenkoya təhlükəsizliklə bağlı
məsləhətlər verib.

Rasmussen indi də Paşinyana KTMT-dan canını qurtarmaqla,
həmçinin NATO strukturlarının Ermənistanda möhkəmlənməsi üçün
ideyalar verir. Rəsmi İrəvan da Rasmussenin səfəri ilə bağlı
yaydığı açıqlamada, onun NATO-Ermənistan əlaqələrinin
perspektivlərini müzakirə etmək üçün gəldiyini vurğulayıb. Sitat:
“NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen Ermənistanda iki
günlük rəsmi səfərdə olub. O, Ermənistanla NATO arasındakı
əlaqələrin mövcud vəziyyətini və perspektivlərin müzakirə
edib”.

Hadisələrin gedişi göstərir ki, Rusiya Ermənistandan bu
xəyanətkar davranışlarının qisasını çox sərt şəkildə alacaq. İndi
ala bilmir. Çünki başı Ukrayna müharibəsinə qarışıb.

Rasmussenin “Laçın yolu” açıqlamasından erməni
konyakının qoxusu gəlir

Anders Foq Rasmussen Ermənistana səfəri zamanı Paşinyanın
Rusiyaya xəyanət planının ideoloqu kimi çıxış etməklə yanaşı,
Azərbaycan əleyhinə verdiyi açıqlamalarla da diqqət çəkib.
Rasmussen martın 14-də Cermukda jurnalistlərlə söhbətində Laçın
yolunun “blokada”sından danışıb, hətta Azərbaycanın ərazi
bütövlüyünə hörmətsizlik etməkdən belə çəkinməyib. O bildirib ki,
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq,
Qarabağı “blokada”da saxlayır, Avropa İttifaqı Bakıya təzyiqləri
artırmalıdır. Rasmussenin KTMT məsələsində Paşinyanla hansı formada
sövdələşməsi, İrəvanın Moskvaya xəyanəti Ermənistanın daxili
işidir.

Keçmiş baş katibin Azərbaycan əleyhinə verdiyi açıqlamaları
göstərir ki, o, Ermənistana yalnız KTMT məsələsinə görə gəlməyib.
Rasmussenin hədəfində Rusiya ilə yanaşı Azərbaycan da var.

Bəs Rasmussen niyə Azərbaycanın haqq işini hədəf
seçib?

Məlumdur ki, erməni lobbisi əvvəllər də avropalı rəsmiləri
rüşvət qarşılığında asanlıqla ələ alıb. Avroparlamentin keçmiş
vitse-prezidenti Eva Kailinin və digər deputatların erməni lobbisi
ilə əlaqələri, həmçinin Azərbaycan əleyhinə verdikləri açıqlamalar
buna sübutdur. Keçmiş NATO rəsmisinin Azərbaycanla bağlı
açıqlamalarından da Ermənistanın “Konyak diplomatiyası”nın qoxusu
gəlir. Çox ehtimal Rasmussen Ermənistana göndərilərkən o, təkcə
KTMT ilə bağlı deyil, həm də Azərbaycan barədə təlimat alıb,
üzərinə missiya götürüb. Rasmussen də konyakın qoxusunu alan kimi
NATO dəyərlərini 3-5 avroya satıb, düşüb erməni lobbisinin
“cibinə”.

Ümumilikdə Azərbaycanın Qarabağla bağlı qərarlarına Rasmussenin
verdiyi bəyanatların heç bir təsiri olmayacaq. Bu günə qədər erməni
lobbisinin təsiri altında olan Avropa ParlamentiAzərbaycan əleyhinə
onlarla qətnamə qəbul edib. Rasmussenin bəyanatı da
Avropaparlamentin qəbul etdiyi qətnamələr kimi təsirsizdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir