Rusiya və Ukrayna dövlət başçıları ilə sistemli şəkildə əlaqədəyik – Ərdoğan

Bakı. Trend:

Rusiya prezidenti Vladirmir Putin və Ukrayna prezidenti Zelenski
ilə sistemli şəkildə əlaqədəyik.

Trend xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə
Zirvə görüşündə çıxışı zamanı deyib.

Ərdoğan bildirik, qalıcı sülhün formalaşması üçün Türkiyə
danışıqlarda yaxından iştirak edir.

“Türkiyə tərəfləri danışıqlar masasına geri döndərmək üçün də
səylərini davam etdirəcək”, – deyə o, əlavə edib.

Xatırladaq ki, martın 16-da Ankarada Türk Dövlətləri
Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü
keçirilir. Bu tədbirin Ankarada keçirilməsi Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşıb.
Belə ki, daha əvvəl Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə
tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə
əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə
Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər
iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla
bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə
qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin
bariz nümunəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir