Şəki şəhərində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən “Heydər Əliyev
İli” çərçivəsində Şəki şəhərində “Heydər Əliyev və təhlükəsizlik
orqanları” mövzusunda növbəti tədbir keçirilib.

Bu barədə Trend-ə DTX-nin mətbuat xidmətindən məlumat
verilib.

Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov,
DTX-nin rəhbər şəxsləri və əməkdaşları, şəhərin hüquq-mühafizə
orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, təhlükəsizlik
orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları, Şəki
şəhərinin təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak
ediblər.

Öncə qonaqlar Şəki şəhərinin mərkəzində Ümummilli Lider Heydər
Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə gül
dəstələri qoymuşlar.

Şəki şəhərinin Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir Ulu
Öndərin və Azərbaycan Respublikasının suverenliyi və ərazi
bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin
səsləndirilməsi ilə başlamışdır.

Tədbiri açıq elan edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı
Elxan Usubov görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqillik
illərində ölkəmizin təhlükəsizlik strategiyasının hazırlanması və
reallaşdırılmasına, bu kontekstdə Azərbaycan təhlükəsizlik
orqanlarının inkişafına verdiyi töhfələrdən, dahi şəxsiyyətin
dövlətçiliyimiz və ölkəmizin tərəqqisi yolunda göstərdiyi əvəzsiz
xidmətlərdən ətraflı bəhs etmiş, Ulu Öndərin 100 illik yubileyinə
həsr olunan belə silsilə tədbirlərin keçirilməsinin əhəmiyyətindən
danışmışdır.

Tədbirin digər çıxışçıları Ümummilli Liderin təhlükəsizlik
orqanlarındakı fəaliyyəti ərzində gördüyü mühüm işlərdən, Ulu
Öndərin bilavasitə rəhbərliyi ilə həyata keçirilən uğurlu
əməliyyatlardan, bu orqanların milliləşdirilməsi istiqamətində
gərgin səylərindən geniş söhbət açmış, dahi rəhbərin xidmətdə hər
zaman nizam-intizama, tabeliyindəki əməkdaşların göstərişləri dəqiq
icra etməsinə xüsusi önəm verdiyini vurğulamışlar. Bildirilmişdir
ki, Heydər Əliyevin təhlükəsizlik təşkilatında əsasını qoyduğu
peşəkarlıq məktəbi bu gün də layiqincə davam etdirilir, xüsusi
xidmət orqanlarının səmərəli fəaliyyəti üçün onun müəyyən etdiyi
meyarlar DTX-nin əməliyyat heyəti tərəfindən həmişə rəhbər
tutulur.

Natiqlər qeyd etmişlər ki, Ulu Öndərin daim diqqət və qayğı ilə
əhatə etdiyi təhlükəsizlik orqanlarına Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin göstərdiyi etimad və etibar
dövlətin təhlükəsizliyinin təmin olunması yolunda qarşıya qoyulmuş
vacib tapşırıqların lazımi səviyyədə icrasında böyük əhəmiyyət kəsb
edir.

Tədbir DTX-nin Azərbaycan Televiziyası ilə birgə reallaşdırdığı
“Konfidensial” layihəsinin ilk buraxılışı olan və Ulu Öndər Heydər
Əliyevin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun
rəhbərliyi ilə keçirilmiş “Naturalist” əməliyyatına həsr olunmuş
sənədli filmin nümayişi ilə başa çatmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir