Sabunçuda 30 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi başlandı

Bakı. Trend:

Martın 16-sı saat 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli
Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış
evinin qarşısında ölməsinə dair rayon prokurorluğuna məlumat daxil
olub.

Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ilkin araşdırma zamanı
Əli Seyidlinin ürək nahiyəsindən kəsici-deşici, üz nahiyəsindən isə
küt alətlə yetirilmiş xəsarət nəticəsində qəsdən öldürülməsinə
əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi
üçün prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından
ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri tədbirlər həyata
keçirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir