Su resurslarından səmərəli istifadəylə bağlı yeni tənzimləmələrə ehtiyac var – FAO

Ağdam. Trend:

Azərbaycan su resusrslarının əksəriyyətini kənardan alır. Bu ona
gətirib çıxarır ki, ölkə vətəndaşlarının su resurslarından səmərəli
istifadəylə bağlı yeni tənzimləmələrə ehtiyac var.

Trend-in məlumatına görə, bu barədə FAO-nun Azərbaycan
nümayəndəsinin müavini Bariz Mehdiyev Ağdamda Azərbaycan-BMT
tərəfdaşlığı üzrə keçirilən strateji məsləhətləşmələrdən sonra
jurnalistlərə deyib.

O bildirib ki, hazırda biz BMT-nin ərzaq və kənd təsərrüfatı
təşkilatı olaraq hökumətlə su resurslarından səmərəli istifadə ilə
bağlı texniki əməkdaşlıq çərçivəsində layihə icra etməkdəyik.

“Layihə çərçivəsində su resurslarından səmərəli istifadəsinə
dair yeni strategiyanın hazırlanması üçün hökumətə dəstək veririk.
Həmçinin layihə çərçivəsində 2050-ci ilə qədər suyun istifadəsi, su
resurslarının 3 senarisi hazırlanıb. Ümid edirik ki, bu senarilərin
hazırlanması da yeni qəbul olunmuş strategiyaya öz tövhəsini
verəcək.

Əlavə olaraq onu qeyd edim ki, su resursları ümumiyyətlə dünyada
ən aktual mövzu olduğuna görə, BMT səviyytəsində BMT-nin Su
Konfransı keçirilməkdədir. Martın 21-24 tarixlərində konfrans
Nyu-Yorkda keçiriləcək. Həmin konfrans çərçivəsində xüsusi tədbir
keçiriləcək və orada Azərbaycanda su resurslarının effektiv idarə
olunması ilə bağlı həyata keçirilən fəaliyyətlər, mövcud problemlər
və çağırışlar qeyd olunacaq. Həmin tədbir hökumət tərəfindən
keçirilir və FAO təşkilatı olaraq biz də bu tədbirin
keçirilməsinədəstəyimizi göstəririk”.

Xatırladaq ki, Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji
məsləhətləşmələr keçirilib. Tədbirdə Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə
nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura, Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Minatəmizləmə
Agentliyinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndələri, Əlaqələndirmə Qərargahının İdarələrarası
Mərkəzində təmsil olunan Prezident Administrasiyasının əməkdaşları,
habelə BMT agentliklərinin Azərbaycanda fəaliyyət göstərən
ofislərinin rəhbər şəxsləri iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir