Sülhməramlılara aid daha 10 maşın Laçın yolundan maneəsiz keçib

Şuşa. Trend:

Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin
maneəsiz keçidi davam edir. Səhər saatlarından indiyədək 10 maşının
maneəsiz keçidinə şərait yaradılıb.

Bu barədə Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər
verir.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə
humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir
maneə yoxdur.

Qeyd edək ki, Qarabağda “Qızılbulaq” və “Dəmirli” faydalı
qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə
vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini
tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa
ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz
aksiyası 95 gündür davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir