Yarış ruhu və qiymətli medallar: idman gimnastikası üzrə Azərbaycan birinciliyinin qalibləri təəssüratlarını bölüşürlər (FOTO)

Bakı. Trend:

Milli Gimnastika Arenasında keçirilən ki̇şi̇ i̇dman
gi̇mnasti̇kası və akrobati̇ka gi̇mnasti̇kası üzrə 28-ci̇ Azərbaycan
bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatında balacalar (2014-2015-ci il
təvəllüdlü) yaş kateqoriyasında qaliblər müəyyən olunub.

Trend xəbər verir ki, bu yaş kateqoriyasında birinci yerə Bakı
Gimnastika Məktəbinin yetirməsi Əli Xəlilov çıxıb.

“Qızıl medal qazandığım üçün xoşbəxtəm, yarışlardan əvvəl biz
çoxlu məşqlər etmişdik. Yarışların bir çox iştirakçısı ilə yaxşı
tanışam, biz Bakı Gimnastika Məktəbində birgə məşq edirik”, – deyən
9 yaşlı Əli Xəlilov bu gün onu dəstəkləməyə anası və nənəsinin
gəldiyini əlavə edib.

8 yaşlı gimnast Tural Ocaği Azərbaycan birinciliyində ikinci yer
tutub.

“Dörd ildir ki, gimnastika ilə məşğul oluram, idman mənə daha
intizamlı olmaqda kömək edib. Baxmayaraq ki, bu mənim ilk yarışım
deyildi, başda həyəcanlandım, amma məşqçimin dəstəyi özümü
toplamağıma kömək etdi”, – Bakı Gimnastika Məktəbini təmsil edən
Tural Ocaği deyib.

Üçüncü yeri tutan Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt
şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər İdman Şahmat Məktəbinin yetirməsi Əbuzər Xəlilzadənin
sözlərinə görə, o, böyük yarış təcrübəsi qazanıb.

“Öz nəticəmi yaxşı hesab edirəm, daha çox çalışmalıyam. Növbəti
yarışlarda nəticəmi yaxşılaşdırmağı və bu dəfə alınmayan
elementləri daha yaxşı işləməyi planlaşdırıram. Bütünlükdə yarışla
bağlı təəssüratlarım çox yaxşıdır”, – doqquz yaşlı Əbuzər Xəlilzadə
deyib.

Qeyd edək ki, 14-16 mart tarixləri arasında Bakı şəhərində
yerləşən Milli Gimnastika Arenasında ki̇şi̇ i̇dman gi̇mnasti̇kası
və akrobati̇ka gi̇mnasti̇kası üzrə 28-ci̇, qadın i̇dman
gi̇mnasti̇kası üzrə 7-ci̇ Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı
çempi̇onatı keçirilir.

Yarışlarda “Ocaq Sport” Klubu, “Neftçi” İdman klubu, Bakı
Gimnastika Məktəbi, “Qarabağ” İdman Klubu (Bərdə), 13 nörməli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman
Məktəbinin yetirmələri iştirak edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir