
Zəlzələ zamanı Azərbaycandan bütün pensiyasını ianə edən yaşlı şəxsi unutmadıq – Çavuşoğlu
Bakı. Trend:
Zəlzələ zamanı Azərbaycandan bütün pensiyasını ianə edən yaşlı
şəxsi unutmadıq.
Trend xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud
Çavuşoğlu Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər
Naizrləri Şurasının iclasında çıxışı zamanı deyib.
Nazir zəlzələ zamanı göstərdiyi köməyə görə Azərbaycana və digər
türkdilli dövlətlərə təşəkkürünü bildirib.
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankara şəhərində Türk
Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının
iclası başlayıb. Toplantı TDT-nin “Fəlakət-Fövqəladə Halların İdarə
Edilməsi və Humanitar Yardım” mövzusunda bu gün Ankarada
keçiriləcək fövqəladə zirvə görüşü çərçivəsində keçirilir.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal
gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən
edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya,
Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş
vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan
həlak olub və yaralanıb.