
Zəngilanın Ağalı kəndində fermerlər üçün yeni layihənin icrasına başlanılır
Bakı. Trend:
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Zəngilan
rayonunun Ağalı kəndində yeni layihəyə başlayır.
Trend-in məlumatına görə, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının Azərbaycandakı rəhbərinin müavini Bariz Mehtiyev
deyib.
O bildirib ki, yeni layihə həmin kəndə qayıdan fermerlərin daha
yaxşı iş imkanlarının əldə etməsidir: “30 ildə unutduqları kənd
təsərrüfatı təcrübələrini yenidən qazanılmasına kömək edəcək. Qeyd
edək ki, 30 ildə texnologiya da çox inkişaf edib, yeni
texnologiyaların kənd təsərrüfatına tətbiqi layihəsi də olacaq. O
layihə də bir pilot təsərrüfat üzərində tətbiq ediləcək”.