Zakir Həsənov hərbi hissələrdə olub, döyüşə hazırolma vəziyyəti yoxlanılıb (FOTO)

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi
2023-cü il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan
Ordusunun bir neçə hərbi hissəsində bölmələrin döyüşə hazırolma
vəziyyəti yoxlanılıb.

Yoxlamanın başlanması ilə əlaqədar olaraq döyüş bayrağı sıra
meydanına gətirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin,
Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda
şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilib.

Hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris
bazaları, şəxsi heyətin silah və döyüş təchizatı, eləcə də hərbi
qulluqçuların fərdi hazırlığı yoxlanılıb.

Yoxlamanın yekun nəticələrinə əsasən döyüş hazırlığında
fərqlənən bölmələrin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi,
komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi,
silahlanmaya yeni qəbul edilən silah, texnika və cihazların
imkanlarının öyrənilməsi, təlimlərin real döyüş şəraitinə uyğun
keçirilməsi, həmçinin bayram günlərində ayıq-sayıqlığın artırılması
ilə əlaqədar müdafiə nazirinin tapşırıqları müvafiq olaraq
çatdırılıb.

Sonda nümunəvi döyüş hazırlığı məşğələsi nümayiş olunub, hərbi
xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyə və
fəxri fərmanlar təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir