Zaxarova Paşinyana: “Kim kimin üstündə dayanıb?”

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova
Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin ölkəni tərk
etməsi ilə bağlı bəyanatlarına münasibət bildirib.

Trend xəbər verir ki, o, bu gün keçirilən həftəlik brifinqdə
deyib: “KTMT-nin Ermənistandan çıxacağı ilə bağlı bu bəyanatı
görəndə nədənsə Bulqakovun “Kim kimin üzərində dayanıb?” və
Stanislavskinin “Sənəti sənətdə deyil, özündə sevmək lazımdır”
əsərlərindən daha iki sitat yadıma düşdü”.

Xatırladaq ki, bir qədər əvvəl mətbuat konfransında çıxış edən
Paşinyan bildirib ki, KTMT istəsə də, istəməsə də, Ermənistanı tərk
edir.

“2022-ci ildə KTMT-nin baş katibi mənə dedi ki, KTMT-də
Ermənistanın təşkilatdan çıxacağı ilə bağlı qorxular var. Mən cavab
verdim ki, bu qorxular yersizdir, lakin Ermənistanda mövcud olan
digər qorxular da yerindədir və onlar KTMT-yə aiddir. Mənim
qiymətləndirməm isə ondan ibarətdir ki, onlar istəsələr də,
istəməsələr də, KTMT Ermənistanı tərk edir və bu, bizi narahat
edir”, – Paşinyan deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir