
ADU-da Novruz şənliyi keçirilib (FOTO)
Bakı. Trend:
Martın 17-də Azərbaycan Dillər Universitetində (ADU) Novruz
bayramına həsr olunan tədbir keçirilib.
Xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi Novruz
bayramının tarixi, ənənələri, atributları haqqında məlumat
verilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla Novruz bayramı
münasibətilə universitet kollektivini təbrik edib, onlara can
sağlığı və işlərində uğurlar arzu edib:
“Əziz müəllimlər, əziz tələbələr, əziz ADU kollektivi! Hər
birinizi bu gözəl bayram münasibətilə təbrik edir, sizlərə möhkəm
can sağlığı, xoşbəxtlik arzu edirəm. Qoy ocağımız heç zaman
sönməsin, elimizdə, obamızda hər zaman toy-bayram olsun. Allah
şəhidlərimizə rəhmət eləsin, onların ruhu bu gün şaddır. Biz
onların ruhu qarşısında baş əyir, xatirələrini daima əziz
tuturuq”.
Tədbirdə müxtəlif kafedraların hazırladıqları bayram süfrəsi,
həmçinin dövlət atributlarının əks olunduğu stendlər nümayiş
olunub.
Tədbir konsert proqramı ilə davam edib.