
Ağdam Sənaye Parkının rezidentlərinin sayı 14-ə çatıb – Nazir
Bakı. Trend:
Ağdam Sənaye Parkının rezidentlərinin sayı 14-ə çatıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının
iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün Tvitter səhifəsində
yazıb.
“Ağdam Sənaye Parkının rezidentlərinin sayı 14-ə çatıb, belə ki,
daha iki sahibkarlıq subyekti rezident statusu alıb”, – məlumatda
deyilir.
Nazir investisiyalarının ümumi həcmi təqribən 36 milyon manat
olan layihələrin reallaşması hesabına iki müəssisədə (“Qarabağ
Steel” MMC, “Thermo Natural Azerbaijan” MMC) 130-dan çox daimi iş
yeri açılacaq.
Xatırladaq ki, 2022-ci ildə Ağdam Sənaye Parkında 12 sahibkarlıq
subyektinə rezident statusu, 3 sahibkara isə qeyri-rezident statusu
verilib.