Azərbaycan və Serbiya arasında dənizçilərin hazırlanması barədə Anlaşma Memorandumu təsdiqləndi
Bakı. Trend:
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi və Serbiya Respublikasının Tikinti,
Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında “Dənizçilərin
hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair
(DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə)
I/10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması
haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Qanunu
imzalayıb.
Qanuna əsasən, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi və Serbiya Respublikasının Tikinti, Nəqliyyat
və İnfrastruktur Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına,
onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il
tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına
əsasən sertifikatların (diplomların) tanınması haqqında” 2022-ci il
noyabrın 23-də Belqrad şəhərində imzalanmış Anlaşma Memorandumu
təsdiq edilir.