Azərbaycana gəlmək istəyən 771 arzuolunmaz şəxs geri qaytarılıb

Bakı. Trend:

Xarici ölkələrdən Azərbaycana gəlmək istəyən ümimilikdə 375
halda 771 nəfər arzuolunmaz şəxs qismində saxlanılaraq geri
qaytarılıb.

Trend-in
məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə
fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan
(qüsurlu sənəd) 6,2 min nəfər barəsində müvafiq qərarlar qəbul
edilib. Xaric olunma faktı ilə 935 nəfər və ekstradisiya faktı üzrə
73 məfər qeydə alınıb.

Ölkədən çıxışlarına dair məlumat olmadığ üçün 251 nəfər və digər
səbəblərdən 15 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat
verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir