Azərbaycana gəlmək istəyən 771 nəfər arzuolunmaz şəxs qismində saxlanılaraq geri qaytarılıb

Bakı. Trend:

Dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan
(qüsurlu sənəd) 6,2 min nəfər barəsində müvafiq qərarlar qəbul
edilib.

Trend-in məlumatına görə, bu barədə Nazirlər
Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd
edilib.

Xaric olunma faktı ilə 935 nəfər və ekstradisiya faktı üzrə 73
nəfər qeydə alınıb. Xarici ölkələrdən Azərbaycan Respublikasına
gəlmək istəyən ümumilikdə 375 halda 771 nəfər arzuolunmaz şəxs
qismində saxlanılaraq geri qaytarılıb.

Ölkədən çıxışlarına dair məlumatın olmadığı üçün 251 nəfər və
digər səbəblərdən 15 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir