
Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə 4 qanun layihəsi hazırlanıb
Bakı. Trend:
Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə 4 qanun
layihəsi 2020-ci ilin may ayında təsdiqlənib və biz hazırda 4 qanun
layihəsi üzərində işləyirik.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini
Kamran Hüseynov “Yaşıl hidrogen – dekarbonizasiyaya gedən yol”
seminarı zamanı “Hidrogen ekoloji cəhətdən təmiz enerjiyə keçid
vasitəsi kimi” mövzusunda panel müzakirəsində deyib.
“Bunlar aktiv istehsalçıların iştirakı üçün dəstəkləyici
mexanizmlər, bərpa olunan enerjinin istehsalı üçün sertifikatların
verilməsi və bərpa olunan enerji mənbələri üçün informasiya
sistemləri ilə əlaqəlidir. Bu qanun layihələri hazırlanıb və
Nazirlər Kabinetinin təsdiqini gözləyir”, – o deyib.
Xəbər yenilənəcək