
Azərbaycandakı aqroparklarda pivotaltı sahələr 100 min hektara çatdırılacaq
Bakı. Trend:
Növbəti 5 il ərzində Azərbaycandakı aqroparklarda pivotaltı
sahələrin 100 min hektara çatdırılması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl
Cabbarov “Twitter”də bildirib.
“Müasir suvarma sistemləri ənənəvi metodla müqayisədə suya 2
dəfəyə qədər qənaət etməklə məhsuldarlığın 50 %-dən çox artmasına
müsbət təsir edir. İqtisadi Zonaların İnkişafı Agentliyinin
idarəçiliyində olan aqroparklarda pivot suvarma sistemlərinin
tətbiqi ilə suvarılan sahələr son 3 ildə 5,5 min hektar artaraq
46,2 min hektara çatıb. Bu, ölkədə pivot sistemlərlə suvarılan
ümumi 57,4 min hektar sahənin 80 %-ni təşkil edir”, – deyə o qeyd
edib.