Azərbaycanla Dağıstan arasında qarşılıqlı əməkdaşlığın inkişafı müzakirə edilib

Bakı. Trend:

Martın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov
Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri
Zaur Askenderovla görüşüb.

Trend-in məlumatına görə, görüş zamanı Zaur Askenderovun
səfərinin Azərbaycanla Dağıstan arasında qarşılıqlı faydalı
əməkdaşlığın inkişafına, o cümlədən qanunverici orqanların
qarşılıqlı fəaliyyətinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Tərəflər Azərbaycan və Dağıstan arasında müxtəlif sahələrdə
münasibətlərin inkişafını müsbət qiymətləndiriblər.

Görüşdə, həmçinin ikitərəfli əməkdaşlığın perspektivlərinə dair
fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir