Azad edilmiş ərazilərdə 389,2 min hektarda çöl ölçmə işləri icra olunub

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə aparılan yerquruluşu işləri
çərçivəsində Cəbrayıl rayonu üzrə 50,8 min, Qubadlı rayonu üzrə
79,9 Kəlbəcər rayonu üzrə 144 min, Laçın rayonu üzrə 43,6 min və
Zəngilan rayonu üzrə 70,9 min hektar olmaqla, ümumilikdə 389, 2 min
hektar sahədə çöl-ölçmə içləri yerinə yetirilib.

Trend-in
məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə
fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Torpaq kadastrı işləri çərçivəsində isə Zəngilan rayonu üzrə
69,9 min, Kəlbəcər rayonu üzrə 155,1 min, Cəbrayıl rayonu üzrə 25,2
min, Qubadlı rayonu üzrə 62,6 min hektar olmaqla, ümumilikdə 312,8
min hektar əraziyə aid məlumatlar emal olunaraq ilkin aralıq GİS
bazası yaradılıb. Zəngilan və Qubadlı rayonları üzrə bütün işlər
yekunlaşdıraraq TEKUİS-ə (Torpaqların Elektron Kadastrı Uçotu
İnformasiya Sustemi) daxil edilb.

Çöl-torpaq tədqiqatı işləri çərçivəsində 283,6 min hektar
ərazidə və geobotaniki tədqiqatlar üzrə 309 min hektar sahədə
irimiqyaslı tədqiqat işləri yerinə yetirilib, Zəngilan rayonunda
155,2 hektar, Kəlbəcər rayonunda 98,4 hektar, Qubadlı rayonunda
73,3 hektar olmaqla, hərbi deqredasiyaya uğramış ümumilikdə 326,9
hektar ərazidə tədqiqat işləri görülüb. Zəngilan rayonuna dair
tədqiqat işləri çərçivəsində əldə olunmuş məlumatlar TEKUİS-ə daxil
edilib, Qubadlı rayonu üzrə məlumatların əldə edilməsi davam
etdirilir.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat
verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir