Azad edilmiş ərazilərdə işçi və hərbi kontingentin ehtiyaclarının ödənilməsi məqsədilə 24 layihə müəyyən edilib

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə işçi və hərbi kontingentin
zəruri ehtiyaclarının ödənilməsi məqsədilə 1-ci mərhələdə 24 layihə
müəyyən edilib (Kəlbəcər və Laçın rayonları istisna olmaqla digər
ərazilər üzrə).

Trend-in
məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə
fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Həmin layihələrdən 11-nin fəaliyyətinin təşkili məqsədilə
sahibkarlıq subyektləri ilə aidiyyəti qurumlar arasında icarə
müqaviləsi imzalanıb. 11 layihədən artıq 5-i fəaliyyət göstərir və
vergi uçotuna alınıb.

10 layihə üzrə müqavilələrin bağlanması istiqamətində iş
aparılır. 3 layihənin icrası infrastrukturdan asılı olaraq
qeyri-müəyyən müddətə təxirə salınıb. Digərləri ilə bağlı
sənədləşmə həyata keirilməkdədir.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat
verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir