Azad olunmuş ərazilərdə 144,4 min daşınmaz əmlak təsbit edilərək Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə daxil edilib

Bakı. Trend:

Azad olunmuş ərazilərdə 144,4 min daşınmaz əmlak təsbit edilərək
Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə daxil edilib .

Trend-in
məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə
fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

İşğaldan azad olunmuş ərazilərdə dəymiş ziyanın müəyyən edilməsi
məqsədilə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də
digər dövlət müəssisə və təşkilatlarının nümayəndələrinin iştirakı
ilə işğala qədər mövcud olan topoqrafik xəritələr üzərindən
rəqəmsallaşdırılması mümkün olmuş 163,9 min ədəd daşınmaz əmlakdan
(bina, tikili və qurğu), 144,4 mini təsbit edilərək “Qarabağ
Rəqəmsal Geoinformasiya Sistemi” nə daxil edilib.

Bunlardan Zəngilan rayonu 22 inzibati ərazi dairəsi (İƏD), üzrə
8954, Qubadlı rayonu 31 İƏD üzrə 9754, Xocavənd rayonu 10 İƏD üzrə
12040, Tərtər rayonu 8 İƏD üzrə 7603, Füzuli rayonu 21 İƏD üzrə
19842, Kəlbəcər rayonu 46 İƏD üzrə 16654, Cəbrayıl rayonu üzrə 23
İƏD üzrə 14037, Laçın rayonu 49 İƏD üzrə 14957, Ağdam rayonu 26 İƏD
üzrə 24738, Şuşa rayonu 12 İƏD üzrə (Şuşa şəhəri istisna olmaqla)
4229, Xocalı rayonu 4 İƏD üzrə 7511, Xankəndi şəhəri və Kərkicahan
qəsəbəsində azərbaycanlı ailələrinin yaşadığı çoxmənzilli bina və
fərdi yaşayış evləri üzrə 4091 ədəd daşınmaz əmlak təşkil edib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat
verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir