AZAL Azərbaycan və Bəhreyni birləşdirəcək

Bakı. Trend:

İyun ayından etibarən Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL)
Bəhreynə müntəzəm reyslər həyata keçirəcək.

Aviaşirkətin bu marşrutu üzrə ilk reysi iyunun 1-də həyata
keçiriləcək. İlkin olaraq, uçuşlar həftədə bir dəfə – cümə axşamı
yerinə yetirələcək. İyul ayından etibarən isə daha bir tezlik,
bazar günləri əlavə olunacaq.

Bəhreyn ağ çimərlikləri, tarixi və bir çox turistik yerləri ilə
tanınan Fars körfəzində yerləşən bir ada ölkəsidir.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az
saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil
tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir