AZAL Bakı ilə Əl-Küveyt arasında birbaşa reyslər açır

Bakı. Trend:

AZAL aprel ayından etibarən Azərbaycanla Küveyt arasında
aviareysləri bərpa edir.

Trend xəbər verir ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti
aprelin 22-dən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan
Əl-Küveyt şəhərinə reyslərin icrasına başlayır.

Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə uçuşlar ilkin olaraq həftədə
iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək. İyun
ayında bu istiqamətdə uçuşlar cədvəlinə daha bir tezlik – bazar
ertəsi – əlavə olunacaq.

Küveyt turistləri yerli görməli məkanları, müasir şərq
memarlığı, çimərlik istirahəti, alış-veriş və s. ilə cəlb edir.

Aviabiletləri rəsmi www.azal.az saytından və ya AZAL mobil
tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir