
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə 2% keşbek hesablanacaq (R)
Bakı. Trend:
Birbank Visa kartları ilə xarici ölkələrdə, həmçinin xarici
saytlarda və tətbiqlərdə (Trendyol, Netflix, Bolt Food, Uber və s.)
edilən nağdsız ödənişlərə görə 2% keşbek verilir. Kampaniyada bütün
növ (taksit və debet) Birbank və BirKart Visa kartları iştirak
edir.
Birbank Visa Red və Umico sahiblərinin kampaniyada qazandıqları
keşbek onların Birbank mobil tətbiqinin keşbek balansına
yüklənəcək. Kampaniya 30 mart 2023-cü il tarixə qədər keçərlidir.
Ətraflı məlumat üçün – https://bir.bank/bbcbopr.
Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet
növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV
bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da
kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində
isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay
ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait
nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən
heç bir komissiya haqqı tutulmur.
Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə
dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank
Miles debet kartları ilə də ay ərzində 5000 manatadək istənilən
yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən
bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.
Birbank Umico debet kartları ilə isə ay ərzində 4000 manatadək
Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili
istənilən bank kartına pul köçürməsi komissiyasızdır.
Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18
ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik
ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat
mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank
kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət
göstərir və bu say artmaqdadır.
Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu
Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət
edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank
tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin,
WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya
Birbank mərkəzlərinə müraciət edin.