Böyükşor gölündə naməlum kişi meyiti tapılıb

Bakı. Trend:

Martın 17-də Böyükşor gölündə naməlum kişi meyitinin aşkar
olunması ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma
aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in
sorğusuna cavab olaraq bildirilib.

Eyni zamanda, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112”
qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Böyükşor
gölündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət
daxil olub.

Meyitin göldən çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq
qüvvələri həmin əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində
meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir