
Canni İnfantino yenidən FIFA-nın prezidenti seçilib
Bakı. Trend:
Ruandanın paytaxtı Kiqali şəhərində keçirilən Beynəlxalq Futbol
Federasiyaları Assosiasiyasının (FIFA) 73-cü Konqresində təşkilatın
prezident seçkiləri olub.
Trend xəbər verir ki, yeganə namizəd Canni İnfantino yenidən
FIFA-nın prezidenti seçilib. O, 2027-ci ilə qədər qurumun rəhbəri
vəzifəsinə təsdiq edilib.
Xatırladaq ki, Canni İnfantino ilk dəfə 2016-cı ildə səsvermənin
ikinci turunda mümkün 207 səsdən 115 səs toplayaraq FIFA-nın
prezidenti seçilmişdi. 2019-cu ildə o, ikinci müddətə yenidən bu
vəzifəyə təsdiq olunmuşdu.