Dövlət Departamenti Avstraliyaya “Tomahawk” raketlərinin mümkün satışını təsdiqləyib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Avstraliyaya 895 milyon dollar dəyərində
“Tomahawk” qanadlı raketlərinin və digər sistemlərin mümkün
satışına icazə verib.

Trend xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik
sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bildirilir ki, Dövlət Departamenti Avstraliyaya təxminən 895
milyon dollar dəyərində “Tomahawk Block V” və “Block IV”
sursatlarının və müvafiq avadanlıqların potensial satışını
təsdiqləyib.

Qeyd edilir ki, Kanberra daha əvvəl ABŞ-dan bu raketlərdən 220
ədəd, eləcə də digər sistemləri almaq üçün icazə istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir