Filarmoniyada Orxan Həşimovun rəhbərliyi ilə Qara Qarayev adına Dövlət Kamera Orkestri çıxış edib (FOTO)

Bakı. Trend:

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyasının səhnəsində Ümummilli lider Heydər Əliyevin 100
illiyinə həsr olunmuş konsert təşkil olunub.

Musiqili gecədə dirijor Orxan Həşimovun rəhbərliyi ilə Qara
Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Solist
Respublika və beynəlxalq müsabiqələr laureatı Surə Rüfət (Əməkdar
müəllim, professor Fatimə İdiyatulinanın sinfi) öz ifasını
dinləyicilərə təqdim etmişdir.

Proqramda Azərbaycan və Qərbi-Avropa bəstəkarlarının əsərləri
səslənib.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir