
Gürcüstanla sərhəd məntəqələrində infrastrukturun yaxşılaşdırılması işləri aparılacaq – Şahin Bağırov
Xaçmaz. Trend:
Azərbaycanın Gürcüstanla sərhəd məntəqələrində infrastruktur
imkanlarının yaxşılaşdırılması üzrə işlər aparılacaq.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycanın Rusiya
ilə sərhədində “Xanoba” gömrük postunun açılış mərasiminin
kuluarlarında jurnlistlərə deyib.
Onun sözlərinə görə, bu gün “Xanoba” sərhəd-keçid məntəqəsinin
yenidənqurmadan sonra işə salınması baş tutub və məntəqə
Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsini artırmağa imkan
verəcək.
“Azərbaycanın bütün, o cümlədən, Gürcüstanla sərhəd
məntəqələrində də analoji işlər aparılacaq”, – o deyib.
Şahin Bağırov, həmçinin, Azərbaycan-Gürcüstan sərhədində
yenidənqurma işlərinin layihələndirilməsi üzrə işlərin artıq
aparıldığını əlavə edib.