
İndoneziya sahillərində 5,2 bal gücündə zəlzələ olub
Bakı. Trend:
İndoneziyanın Yava adası sahillərində 5,2 bal gücündə zəlzələ
olub.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi
Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 636 min nəfərin
yaşadığı Cokyakarta şəhərindən 140 kilometr cənub-qərbdə, ocağı isə
yer səthindən 58 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və insan tələfatı barədə məlumat
daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.