Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsi Novruz bayramı günlərində fasiləsiz tibbi xidmət göstərəcək

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsi Novruz
bayramı günlərində də 7/24 saat ərzində tibbi xidmət göstərəcək.
Təcili yardım şöbəsinin çağırış nömrəsi 905-dir. Şöbənin
yüksəkixtisaslı həkim heyəti ən müasir tibbi avadanlıqlarla təchiz
edilmiş ambulans maşınları ilə xəstələrə zamanında təcili tibbi
yardım göstərir, ehtiyac olduqda onların Bakı şəhərindən və
regionlardan daşınmasını təmin edir, reanimasiya tədbirlərini
keyfiyyətlə həyata keçirir.

Təcili tibbi yardımı digər tibbi xidmət növlərindən fərqləndirən
əsas xüsusiyyəti onun hərəkət sürətidir. Bu şöbə qəfil baş verən
xəstəliklər, bədbəxt hadisələr, zəhərlənmələr nəticəsində sağlamlıq
və həyat üçün təhlükə yaradan şəraitdə böyüklərə və uşaqlara həm
hadisə yerində, həm də xəstəxanaya aparılarkən operativ yardım
göstərməklə gecə-gündüz fəaliyyət göstərəcək. Şöbənin peşəkar tibbi
personalı ağırlıq dərəcəsindən asılı olmayaraq xəstələrin ölkəmizin
istənilən yerindən tibb müəsssisələrinı çatdırılmasını təmin
edəcək.

Novruz bayramı günlərində şöbənin yüksəkixtisaslı həkimləri –
Bəylər İmanov, Salman Rzayev, Cavad Cabbarov, Tofiq Bayramov tibbi
xidmət göstərəcəklər.

Mərkəzi Gömrük Hospitalının təcili yardım şöbəsinin rəisi,
təcili yardım həkimi Nərgiz Kərimova bildirib ki, bayram günlərində
insanların qida rasionu bir qədər fərqləndiyinə görə, uşaqlar və
böyüklər arasında qida zəhərlənmələrinə daha çox rast gəlinir,
ürək-damar, şəkərli diabet, yüksək təzyiqdən əziyyət çəkən
insanlarda səhhətləri ilə bağlı problemlər yaranır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir