
Məscidlərin maliyyələşdirilməsində çətinliklər var – Ceyhun Məmmədov
Bakı. Trend:
Bu gün ölkədəki məscidlərin maliyyələşdirilməsində və onların
bir sıra kommunal xərclərinin ödənməsində müəyyən çətinliklər
var.
Trend-in məlumatına görə, bunu deputat Ceyhun Məmmədov Milli
Məclisin iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi
zaman deyib.
O qeyd edib ki, Dini Qurumlar üzrə Dövlət Komitəsi bu kimi
problemlərin həllinə çalışır, müəyyən addımlar atır, ancaq bu
məsələnin sistemli həllinə ehtiyac var. “Kimsə deyə bilər ki, din
dövlətdən ayrıdır. Lakin nəzərə almaq lazımdır ki, din həm də
təhlükəsizlik məsələsidir. Bu maliyyələşdirməni etməyəndə kənar
qüvvələr bunu digər yolla həyata keçirməyə çalışır”, – deyə deputat
əlavə edib.