Ötən il “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı məlum olub

Bakı. Trend:

Ötən il ərzində “Güzəştli mənzil” sistemində elektron kabinet
əldə etmiş şəxslərin ümumi sayı 7,1 min təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Nazirlər
Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd
edilib.

Bununla da 2022-ci il 31 dekabr tarixinə “Güzəştli mənzil”
sistemində elektron kabinet əldə etmiş çəxslərin ümumi sayı 28,8
min nəfər olub.

Qeyd edək ki, “Güzəştli mənzil” dedikdə Azərbaycan
Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında
olan və vətəndaşların güzəştlə əldə edə biləcəyi mənzillər nəzərdə
tutulur. Belə mənzili əldə etdikdə vətəndaş iki əsas güzəştdən
yararlana bilər: 1) Güzəştli mənzilin satış qiyməti yerləşdiyi
ərazidəki digər analoji mənzillərin bazar qiymətindən aşağıdır. 2)
Vətəndaş mənzili Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun,
müddəti 30 ilədək (4%-lik) olan güzəştli ipoteka krediti hesabına
əldə etmək imkanına malikdir. Eyni zamanda, mənzil vətəndaşa tam
təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif
edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir