Parisdə pensiya islahatına qarşı aksiyalarda 120 etirazçı saxlanılıb (VİDEO)

Bakı. Trend:

Fransanın paytaxtı Paris şəhərində cümə axşamı hüquq-mühafizə
orqanları pensiya islahatlarına qarşı aksiyalarda 120-dən çox
etirazçını saxlayıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinə
istinadən “BFM” telekanalı məlumat yayıb.

Xatırladaq ki, ötən gün Parisdə pensiya islahatlarına qarşı
etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı etirazçılar və
polislər arasında toqquşmalar olub. Polislər əməkdaşları
gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir