Parisdə pensiya islahatına qarşı aksiyalarda saxlanılanların sayı 200-ü keçib (VİDEO)

Bakı. Trend:

Fransanın paytaxtı Paris şəhərində cümə axşamı hüquq-mühafizə
orqanları pensiya islahatlarına qarşı aksiyalarda 217 etirazçını
saxlayıb.

Trend xəbər verir ki, bu barədə Parisin Polis İdarəsinə
istinadən “Le Figaro” telekanalı məlumat yayıb.

Daha əvvəl 120 nəfərin saxlanıldığı bildirilirdi.

Xatırladaq ki, ötən gün Parisdə pensiya islahatlarına qarşı
etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı etirazçılar və
polislər arasında toqquşmalar olub. Polislər əməkdaşları
gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir